İstanbulda bazarda bomba haqqında yalan məlumat verən şəxs saxlanılıb


Dünya 20 Sen 2019 08:40:00 268 0

İstanbulda bazarda bomba haqqında yalan məlumat verən şəxs saxlanılıb

Türkiyədə bazara bomba qoyulduğunu deyən şəxs saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə yerli vaxtla saat 19:00-da, İstanbul vilayətinin Fatih rayonundakı Qapalı çarşıda baş verib.

Polis dərhal bazara gələrək istintaqa başlayıb. Bomba qoyulması barədə məlumatın yalan olduğu ortaya çıxıb.

Qeyd edilir ki, bu şəxs qısa müddət ərzində Qapalı çarşıda bomba qoyulması iddiası ilə polisə iki min dəfə zəng edib.