Yəməndə avtobusun partlaması nəticəsində 5 nəfər ölüb


Dünya 20 Sen 2019 08:26:00 235 0

Yəməndə avtobusun partlaması nəticəsində 5 nəfər ölüb

Yəmənin şərqindəki Hadramaut vilayətində avtobus partlaması nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "SABA" agentliyi bildirib.

Məlumata əsasən, vilayətin şimal hissəsindəki magistral yola partlayıcı qurğu qoyulması nəticəsində avtobus partlayıb.

Xəsarət alanların bəzilərinin vəziyyəti ağırdır.