Ölübdirilən, hərəkətləri ilə dünyanı silkələyən, bədəninə Buddanın ruhu girən MƏŞHUR İnanılmaz faktlar FOTO


Digərləri 20 Sen 2019 07:41:00 283 0

Ölübdirilən, hərəkətləri ilə dünyanı silkələyən, bədəninə Buddanın ruhu girən MƏŞHUR  İnanılmaz faktlar  FOTO

Son zamanlar axından fərqlənmək istəyən bir çox gənc Oşo fəlsəfəsi ilə maraqlanır, onu özlərinə ustad sayırlar. Bəs kimdir Oşo? Peyğəmbər, yazıçı, filosof, yoxsa şarlatan?

Son.az bu yazıda Oşo haqqında bir çox faktların üstünü açır.

Oşo 1931-ci il dekabrın 11-də Hindistanın Kuşvade şəhərində doğulub. Onu ailədə hamı çox sevirdi. Xüsusən də babası ilə arasında çox möhkəm bağ vardı. Babası ona hökmdar mənasını daşıyan Rac adını vermişdi. Oşonun bütün uşaqlığı da babasının evində keçib. Yalnız sevimli babasının ölümündən sonra valideynləri onu öz himayələrinə götürürlər. Məktəb yaşı çatanda isə ona Racniş Çandra Mohan adını verirlər.

O, hələ erkən yaşlarından mənəvi tərəqqi yolunda bir sıra təcrübələr həyata keçirirdi, vücudunun imkanlarını bir sıra meditasiya üsulları ilə genişləndirirdi. Heç bir ənənənin arxasınca getmədən, ustad axtarmadan öz yolunu çizirdi. Həyatın ən gərgin, çətin düyünlərini çözməyə çalışırdı. O, heç bir nəzəriyyəyə güvənmirdi. Cəmiyyətin bütün qanunlarına qarşı çıxırdı.

1953-cü il 21 mart tarixində Oşonun 21 yaşı tamam oldu. Həmin gün onun başına qəribə hadisə gəlir. Sonradan bu hadisəyə o, belə aydınlıq gətirəcəkdi: "Həmin gecə mən ölüb-dirildim. Bu hadisənin ölüm ayağında olan insanla heç bir əlaqəsi yoxdur. O fasiləsiz bir şey idi. Çünki ölən insan bütövlükdə ölür. Onun nə kölgəsi, nə də oyaq hüceyrəsi qalır. Həmin gün bir çox həyat yaşayan, minilliklərdən keçən şəxs öldü. Tamamilə başqa, fərqli, öncəki ilə əlaqəsi olmayan varlıq doğuldu. Keçmişimdən qurtuldum. Avtobioqrafiyamı itirdim. Həmin gün Racniş Çandra Mohan öldü, yerinə aydınlanmış, eqosundan tam qurtulmuş biri gəldi".

Bundan sonra Oşonun həyatı dəyişmədi. O Cabalpur kollecinin fəlsəfə bölümündə təhsilinə davam edir. 1957-ci ildə Sauqar Universitetinin magistr pilləsini qırmızı diplomla başa vurur. Tələbə yoldaşları Oşonun yumor hissinə və həqiqət sevdasına aşiq idilər. Bəzən Oşo ayın 15 gününü səyahətlərdə keçirər, bütün Hindistanı gəzib-dolaşardı. O, daim dindarları mübahisələrə və müzakirələrə səsləyərdi.

1966-cı ildə Oşo təhsilini atıb, özünü bütövlükdə meditasiyalara və incəsənətini yaymağa həsr etdi. O düşüncələrindəki yeni insan növünü təbliğ etməyə başladı. Zorba-Budda adı verdiyi yeni insan modeli özündə Şərqin və Qərbin ən gözəl cəhətlərini birləşdirir. Bu insan həyatın ən xırda bəxşişlərinə sevinməyi bacarır. Zorba-Budda insanın yetə biləcəyi kamilliyin ən uca zirvəsindədir.

Oşo heç bir dini qəbul etmirdi o deyirdi: "İstəyirəm ki, siz oynadığınız bütün oyunlara son verəsiniz. Bura həm dünyəvi, həm mənəvi, həm də insanlığın hələ oyanamadığı bütün oyunlar aiddir. Bu oyunlar sizin şüurunuza mane olur. İstəyirəm ki, sizi ləngidən bu zibildən azad olasınız. İstəyirəm ki, siz lap tək, tam yalnız qalasınız. O zaman heç bir peyğəmbərdən mədət ummayacaqsınız. Sonsuz tənhalığa qərq olmadan daxili mərkəzi tapmaq mümkün deyil. Müəllimsiz, öyrədənsiz, ustadsız... Mən səni bu yola yönəldirəm, çünki səni sevirəm. Hərəkətimi əsla qabalıq və kobudluq kimi qəbul etmə. Bu azadlığı əlindən alanlar səni sevməyiblər, heç vaxt da sevməyəcəklər. Onlar yalnız özlərinə aşiqdirlər. Ətraflarındakı kütlənin sayı artdıqca eqoları da bir o qədər qalınlaşır.

Ona görə mən aydınlanmaq adlı yalanı da sonuncu oyun sayıram. Bu oyunu nə qədər tez durdursanız, sizin üçün bir o qədər yaxşı olacaq. Sadəcə var olmaq istəmirsiniz? Bu mənasız şöhrətpərəstlik nəyimizə lazımdır?"

Oşonun yaratdığı yol (din) digərlərindən fərqli olaraq heç bir məcburiyyət daşımır, insanı bulunduğu andan zövq alıb yaşamağa sövq edir. Onun təcrübəsi xaotik hərəkət edən mozaikaya bənzəyir. Buddizmin elementlərindən tutmuş yoqa, qədim yunan fəlsəfəsi, Avropa psixologiyası, Tibet ənənələri xristianlıq, tantranın ən müsbət cəhətlərini özündə toplayır. Oşo deyirdi ki, onun yolunun sistemi yoxdur. Çünki sistem cansız əşya kimidir. Bizsə daim hərəkətdə olub, dəyişikliklərə uğrayan canlı orqanizmik, beyinik, ruhuq.

1968-ci ildə Oşo Bombeydə məskunlaşır. Az keçmir ki, dünyanın hər yerindən onun yanına mənəvi dinclik axtaran insanlar gəlməyə başlayır. Gələnlər arasında terapiya mütəxəssisləri, humanist hərəkatlarının üzvləri və digərləri də vardı. Oşo deyirdi ki, insanın mənəvi yüksəlişində növbəti pillə meditasiyadır. Meditasiyanın ilk qığılcımlarını o, hələ uşaq ikən özünü hündür körpüdən çaya atanda hiss etmişdi. Bir neçə dəfə ağlı sanki onu tərk etmişdi. Bu hal onu ətrafına tam başqa gözlə baxmağa vadar etmişdi. Elə bundan sonra Oşo meditasiya ilə dərindən maraqlanmağa başlamışdı. Məhz bu təcrübə sayəsində insan enerji selini doğru yönləndirməyə, yeri gələndə sükunətdə itməyə, bəzənsə ən çılğın hisslərin lap dibində batmağa nail olur. Artıq müdrik Oşo ənənəvi meditasiya üsullarından uzaqlaşıb, çağdaş insan üçün yeni daha hərəkətli, dinamik meditasiya növləri düşünüb, təcrübədən keçirdirdi.

Oşo öz meditasiya üslubunu ilk dəfə 1970-ci ildə Bombeydə qurduğu düşərgədə ictimaiyyətə nümayiş etdirdi. Həmin gün o məkana toplaşan insanlar heyrətdən donub qalmışdılar. Hind jurnalistlər qışqırıb-bağıran, geyimlərini cırıb atan, özlərini yerə vurub inildəyən iştirakçıları sonsuz maraqla müşahidə edirdi. Bu gərgin səhnə nə qədər hərəkətli və tələsik idisə ondan sonra gələn dərin sakitlik, rahatlıq da bir o qədər zövqlü idi. Sanki insan bu sükunət həzzinə gündəlik həyatda heç vaxt nail ola bilməz.

Oşo bu nəzəriyyəni belə izah edirdi: "Mən öncə Lao-Tsının üsulu ilə çalışırdım. Amma sonra düşündüm ki, bu çox sadə nəzəriyyədir. Anladım ki, insanın içərisində gərginliyin həddi nə qədər artarsa, sonda bir o qədər dərin rahatlığa qovuşar. Ona görə iştirakçıları dəlilik həddinə çatanadək coşdurub, sonra sakitləşdirdim".

1974-cü ildə Oşo öz davamçıları ilə birgə Punaya yollanıb, orada öz aşramını (meditasiya və söhbətlər üçün məkan) yaradır. Hər gün yüzlərlə insan bu aşrama üz tutub, Oşonun meditasiya üslubunu sınaqdan keçirdirdi. Oşonun söhbətlərini dinləyənlər sanki yenidən doğulur, daxili azadlıqlarına qovuşurdular.

Oşo deyirdi ki, mən filosof deyiləm. İnsanlarla ünsiyyətim də sözlərdən ibarət deyil. Bu çox riskli təmasdır. Söhbət ölüb, dirilməkdən gedir. Mənimlə ünsiyyətdən çəkinməyənlər, bu yanar ocağa toxunanlar ən cəsarətli insanlardır.

(adsgarden = window.adsgarden || []).push({});