Bakıda bədii gimnastika üzrə dünya çempionatı finallarının qalibləri mükafatlandırılıb (FOTO)


Digərləri 19 Sen 2019 23:36:00 252 0

Bakıda bədii gimnastika üzrə dünya çempionatı finallarının qalibləri mükafatlandırılıb (FOTO)

Milli Gimnastika Arenasında, Bakıda keçirilən 37-ci Bədii Gimnastika Dünya Çempionatının fərdi məşqlərində və komanda yarışlarında finala vəsiqə qazanan gimnastları mükafatlandırma mərasimi keçirilib

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında, Bakıda keçirilən 37-ci bədii gimnastika üzrə Dünya Çempionatının fərdi məşqlərində və komanda yarışlarında finala vəsiqə qazanan gimnastları mükafatlandırma mərasimi keçirilib. Trend-in məlumatına görə, gürzlərlə hərəktlərdə birinci yeri Dina Averina (Rusiya), ikinci yeri Lina Aşram (İsrail), üçüncü yeri Vlada Nikolçenko (Ukrayna) tutub. Mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Texniki Komitəsinin prezidenti Natalya Kuzmina, FIG İcraiyyə Komitəsinin üzvü Naomi Valenzo və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim ediblər. Lentlə hərəkətlərdə Dina Averina (Rusiya) birinci, Lina Ashram (İsrail) ikinci, Ekaterina Seleznyova (Rusiya) üçüncü yeri tutub. Mükafatları FIG İcraiyyə Komitəsinin üzvü Əli Əl-Hitmi, bədii gimnastika üzrə 37-ci dünya çempionatının rəsmi səfiri Yana Batyrshina və yarışın direktoru Natalya Bulanova təqdim ediblər.