Sehrli budaq, müqəddəs rəqəm... Əlamətlərin qurbanına çevrilən MƏŞHURLAR


Digərləri 19 Sen 2019 23:06:00 256 0

Sehrli budaq, müqəddəs rəqəm...  Əlamətlərin qurbanına çevrilən MƏŞHURLAR

Əlamətlərə inanırsınızmı? Kimi qarşısından pişik keçəndə üzülür, kimisi yuxularına inanır, bəziləri isə hətta rəqəmlərin uğur gətirəcəyini deyirlər.

Son.az xəbər verir ki, sevdiyimiz məşhurların da arasında əlamətlərə inananları az olmayıb.

Məsələn, fransız dizayner Koko Şanel əlamətlərə çox inanırdı. Hələ yeniyetmə ikən falçı onun falına baxır və deyir ki, uğurlu rəqəmi 5-dir. Ona görə də məşhur "Chanel Nº 5" ətrində öz uğurlu rəqəmindən istifadə edib. Həmçinin Kokonun evindəki çılçıraq da 5 formasında idi. O, öz kolleksiyalarını hər zaman mayın (5-ci ay) 5-i təqdim edirdi.

Dünya şöhrətli rəssam Pablo Pikasso da əlamətlərin qurbanına çevrilmişdi. O nəinki köhnəlmiş paltalarını, hətta kəsdiyi dırnaqlarını, saçını da atmırdı. Hətta uğursuz əsərlərini belə qoruyurdu. Pablo düşünürdü ki, atdığı hər bir əşya yaxud bədəninin bir parçası belə onu bütövləşməyə qoymayacaq.

(adsgarden = window.adsgarden || []).push({});