Azərbaycan nefti ucuzlaşır


Digərləri 19 Sen 2019 22:44:00 210 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 18-də 67,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,37 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,38 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,43 dollar/barel azdır.