Səfir: Türkiyədən azərbaycanlıların deportasiya edilməsi haqda xəbərlər gerçəkləri əks etdirmir


Digərləri 19 Sen 2019 22:06:00 195 0

Səfir: Türkiyədən azərbaycanlıların deportasiya edilməsi haqda xəbərlər gerçəkləri əks etdirmir

Türkiyədən azərbaycanlıların deportasiya edilməsi haqda xəbərlər gerçəkləri əks etdirmir

Bakı. Rufiz Hafizoğlu - Türkiyədən azərbaycanlıların deportasiya edilməsi haqda xəbərlər gerçəkləri əks etdirmir, bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. Səfir qeyd edib ki , bəzi xəbər saytlarında Türkiyədən azərbaycanlıların deportasiya edilməsi ilə bağlı xəbəri alan kimi Türkiyə rəsmi məqamları ilə əlaqə saxlayaraq, məsələ ilə bağlı məlumat alınıb. “ Ankarada rəsmi məqamlardan bizə verilən açıqlamada bu gün Türkiyədən Naxçıvana sadəcə bir Azərbaycan vətəndaşının deportasiya edildiyi bildirilib” –deyə səfir bildirib. O əlavə edib ki , azərbaycanlıların Türkiyədən kütləvi şəkilə deportasiya edilməsinin sözü belə gedə bilməz.