Bunlar da qaraciyəri zədələyir Çox təəccüblənəcəksiniz!


Digərləri 19 Sen 2019 21:38:00 271 0

Bunlar da qaraciyəri zədələyir  Çox təəccüblənəcəksiniz!

Qaraciyərin əsas düşmənlərdən biri spirtli içkilərdir. Alimlər sübut edib ki, qaraciyər üçün spirtli içkilərin "ziyansız" miqdarı yoxdur və belə içkilərin hətta 1 qurtumu qaraciyərə dağıdıcı təsir edir.

Lakin bəzi adi, tez-tez qəbul etdiyimiz qida, içki və dərmanlar da qaraciyərə çox ciddi ziyan vura bilir.

1. Şirniyyatlar

Son.az saglamolun.az-a istinadən bildirir ki, şirniyyatlar artıq çəki və piylənməyə səbəb olur, damarlarda iltihab yaradır. Bundan əlavə şirniyyatların çoxlu miqdarda istehlakı qaraciyərin piylənməsinə səbəb olur. Qaraciyərin piylənməsi isə öz növbəsində sirroz və xərçəngin riskini xeyli artırır.

2. Vitaminlərin nəzarətsiz qəbulu

Bütün digər dərman preparatları kimi vitaminlər də yalnız həkim tərəfindən təyin olunmalıdır. Bəzi vitaminlərin orqanizmdə artıqlığı bu vitaminlərin defisitindən daha ziyanlıdır. Belə ki, A vitamininin orqanizmdə artıqlığı qaraciyərin çox ağır zədələnməsinə səbəb olur.

3. Parasetamolun nəzarətsiz qəbulu

Parasetamol bütün dünyada ən çox qəbul olunan dərmanlardan biridir. Bir çox insanlar bu dərmanı ağrıkəsici kimi istənilən ağrılar zamanı (baş, diş və s.) tez-tez istifadə edirlər. Lakin həkimlər xəbərdarlıq edir ki, parasetamoldan tez-tez və yüksək dozalarda istifadə qaraciyərə çox ciddi ziyan vurur.

(adsgarden = window.adsgarden || []).push({});