Ayaqlardakı göbələklər: Kimlər risk altındadır? Səbəbləri, müalicə üsulları


Digərləri 19 Sen 2019 21:43:00 241 0

Ayaqlardakı göbələklər: Kimlər risk altındadır?  Səbəbləri, müalicə üsulları

Ayaq göbələyi çox yayılmış bir dəri problemidir. Son.az medicina.az-a istinadən bildirir ki, bir çox insanda bu problem ən azı bir dəfə yaşanır. Əsasən yetkinlik çağına çatmış gənclərdə və yetkinlik yaşını keçmiş kişilərdə bu problemə daha çox rast gəlinir. Ancaq qadınlarda və 12 yaşa qədər uşaqlarda daha az rast gəlinir. Ayaqda dəri soyulmaları baş verərsə, dərhal qabaqlayıcı tədbir görülməlidir. Çünki səthi soyulan ayağın dəridən sonrakı təbəqəsi incə və həssas olur. Həmin şəraitdə göbələk uzunömürlü olur. Asanlıqla müalicə olunsa da, uğurlu müalicədən sonra da təkrar baş verə bilər. Ayaq göbələyinin tibbdəki adı "Tinea Pedis" adlanır. Həmin mikrob, göbələk adlanan kiçik gözlə aydın seçilməyən bitki kimi bir orqanizmdir. Göbələklər qaranlıq, nəm və isti mühitdə daha yaxşı inkişaf edir.

Əlamətləri:

Qaşınma, ayaqda isinmələr, həmin nahiyənin sızıldaması;

Ayaqda qızartılar, dabanda, barmaqlarda və ya dırnaqlarda qızartılar;

İçi sulu yaralar, həmin yaraların qabıq bağlayıb daha sonra tökülmələri; 

Dırnaqda rəng dəyişikliyi, qalınlaşma, kobudlaşma

Səbəbləri:

Ayaqlar tərlədiyində əhəmiyyətsiz yanaşma; 

Uzun müddət ayaqqabıda qalması və sıx olması;

İctimai idman mərkəzlərində ayaqyalın gəzmək; 

Üzmə hovuzunun təmizliyinə riayət etməmək;

Hamamdan sonra ayaqları və barmaqların arasını qurulamamaq; 

Ümumi pedikür dəstindən istifadə etmək

(adsgarden = window.adsgarden || []).push({});