Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO)


Digərləri 19 Sen 2019 21:21:05 360 0

Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinə baxış olub (FOTO)

Sahil Babayev və Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi" istiqaməti üzrə sosial xidməti sifarişini Quba şəhərində "Ailə" Sosial Araşdırmalar İctimai Birliyi həyata keçirir. Mərkəzə tək valideynli, hər iki valideynini itirmiş və inteqrativ təhsilə cəlb oluna bilən sağlamlıq imkanları məhdud 30 uşaq cəlb edilib. Mərkəzdə həssas qruplardan olan uşaqların asudə vaxtlarının təşkili üçün mütəmadi olaraq müxtəlif ekskursiyalar, gəzintilər, cizgi filmlərinin nümayişi reallaşdırılır. Mərkəzin əməkdaşları və uşaqların valideynləri üçün təlimlər təşkil edilir, onların bilik və bacarıqlarının artırılması məqsədilə tədbirlər həyata keçirilir.