Dina Averina dünya çempionatının gürzlərlə hərəkətlərdə qızıl medalını qazanıb


Digərləri 19 Sen 2019 20:41:02 202 0

Dina Averina dünya çempionatının gürzlərlə hərəkətlərdə qızıl medalını qazanıb

Rusiya gimnastı Dina Averina 23.800 xalla bədii gimnastika üzrə 37-ci dünya çempionatının gürzlərlə hərəkətlərdə qızıl medalını qazanıb.

Bakı. Cani Babayeva - Rusiya gimnastı Dina Averina 23.800 xalla bədii gimnastika üzrə 37-ci dünya çempionatının gürzlərlə hərəkətlərdə qızıl medalını qazanıb. Trend-in məlumatına görə, gümüş medala Linoy Aşram (İsrail, 23.300 xal), "bürünc"ə Vlada Nikolçenko (Ukrayna, 22.350 xal) sahiblənib. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar. 61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.