"Yoldaşımın xəbəri yoxdur, ora çox toxunmadıq"


Şou-biznes 19 Sen 2019 20:30:00 215 0

"Yoldaşımın xəbəri yoxdur, ora çox toxunmadıq"

ARB TV-nin "Show News" verilişinin çəkiliş qrupu müğənni Səbinə Selcana xəstəxanada baş çəkib. Son.az xəbər verir ki, əməliyyat olunan ifaçı maraqlı açıqlamalar edib: "Şou-biznes qurban tələb edir. Dəfələrlə əməliyyat olunurdum, bel hissəm incəlmirdi. Yeni bir üsulla qabırğalarımı sıxaraq 30-40 santimetr kiçilitdim. Artıq deyə bilərəm ki, şou-biznesdə ideal bir bədənə sahibəm. Qollarımdan da piylər götürülüb. Yerləri dəhşət incidir. Əməliyyatımdan həyat yoldaşımın belə xəbəri yoxdur. Elə bilir Bakıya iş görməyə gəlmişəm. Hamı gizlin əməliyyat edir, gizlədir. Əsas odur ki, mən gizlətmirəm. Kimin nə fikri var özünə saxlasın. Mənə belə xoşdur. Əcəb edirəm. Pulumu verib edirəm. Siz də edin". Müğənni bədənindən yığdırdığı piyləri yan əzələlərinə vurdurub. "Ora çox toxunmadıq. Bir az düzəliş olunub".

(adsgarden = window.adsgarden || []).push({});