Yataqdan FOTOlar paylaşır


Digərləri 19 Sen 2019 20:04:00 246 0

Yataqdan FOTOlar paylaşır

Britaniyalı Aleks Şannerin yaşadığı həyat tərzini görənlər bir dəfə də olsa onun yerində olmaq istəyirlər.

Son.az ölkə.az-a istinadən bildirir ki, "İnstagram" fenomeni olan Aleks bir zamanlar moda sektorunda fəaliyyət göstərib. 10 illik işinin daşını atan Şanner, xəyallarının izi ilə getməyi üstün tutub.

O, ilk olaraq, özünə "İnstagram"da  "yuxunu izlə" mənasına gələn "followthenap" səhifəsini açır.  Bundan sonra, Aleks lüks otel otaqlarının yataqlarında çəkdirdiyi fotoları öz hesabından sərgiləməyə başlayır.

Maraqlı paylaşımlarının nəticəsində o, tezliklə izləyicilərinin sayını artırır. Zaman keçdikcə Aleksin işləri yaxşılaşır və beləliklə, dünyanın 4 tərəfindən olan otel sahibləri onu axtarmağa başlayır. Lüks otellər özlərinin reklamı üçün tez-tez Şanneri öz dəbdəbəli nömrələrində qalmağa dəvət edirlər. Bununla Aleks həm istirahət edir, həm də bu işindən böyük pullar qazanır. O, açıqlamasında bildirib ki, oteli reklam etmək üçün, onun qonararı 55.000 dollar təşkil edir.

(adsgarden = window.adsgarden || []).push({});