Təkrar mənzillər paytaxtın daha çox hansı hissəsində satılır?


Digərləri 19 Sen 2019 20:04:00 195 0

Təkrar mənzillər paytaxtın daha çox hansı hissəsində satılır?

2019-cu ilin iyulunda Bakının təkrar mənzil bazarında qiymətlər keçən ilin eyni dövrü ilə müqayisədə cüzi azalıb

Bakı. Elçin Mehdiyev - Yay mövsümündə Bakının təkrar mənzil bazarında satılacaq mənzillərin ən çoxu Yasamal rayonunun ərazisinə düşüb - 25 faiz. Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov məlumat verib. Onun sözlərinə görə, təkrar yaşayış evlərinin 18 faizi Xətai rayonunda, 13,5 faizi Nəsimi rayonunda, 15,3 faizi və daha çoxu Nərimanov və Binəqədi rayonunda yerləşib. Ekspert əlavə edib ki, Bakının digər rayonlarının payına isə təkliflərin 4 faizi düşüb. N.İbrahimov kirayə mənzil bazarına çıxarılan mənzillərin nisbətindən danışarkən qeyd edib ki, yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzillərə təlabat artıb və qiymət bahalaşıb.