Adnan Oktar hakim qarşısında:


Digərləri 19 Sen 2019 19:40:00 225 0

Adnan Oktar hakim qarşısında:

Adnan Oktar və digər 226 təqsirləndirilən şəxsin ittiham olunduğu məhkəmə prosesi Silivridə başlanıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, cəsusluq, cinayətkar dəstə qurmaq, şantaj və cinsi istismarın da aralarında olduğu 32 fərqli ittihamla məhkəmə qarşısına çıxan Adnan Oktar ilk ifadəsində bütün ittihamları rədd edib. Prokurorun "Sizə xidmət edən şəxslərin maaşlarını necə ödəyirsiniz" sualına Oktar 'Qəyyumluq sistemi var. Allahın lütfü üçün edirlər" cavabını verib. 

Proses Oktarın özünümüdafiəsi ilə başlayıb. A.Oktar özünümüdafiə nitqində fikirlərini ümumiləşdirərək, aşağıdakıları deyib: "Niyə bu cinayətləri edim? Yerli və milli bir insanam. Milliyyətçiyəm. Tam 32 ayrı cinayətdən söhbət gedir. FETÖ əlaqələri ilə bağlı iddialara gəlincə, o, əqli olaraq mənə zidd bir insandır. Təhlükəli bir tip idi. Banklarına pul qoymadıq, qəzetlərini almadıq".

A.Oktarın ifadələri müəyyən fasilələrlə ümumilikdə 4 saat davam edib. Müdafiənin ardınca çarpaz istintaq mərhələsinə keçilib. Bu zaman prokurorun "Mehdi olduğunuzla bağlı müxtəlif eyhamlar vurduğunuz nitqləriniz var. Müdafiəniz zamanı da həbs olunandan sonra dolların bahalaşdığını dediniz. Bunları təşkilatınızı diri saxlamaq üçün deyirsiniz" sualına cavabında Oktar "Mehdi olmadığımla bağlı dəfələrlə and içdim. Belə bir iddiam heç olmadı. Ola da bilməz" deyib. 

Oktar, eyni zamanda, prokurorun "Sizinlə maraqlanan, sizə xidmət edən, sizi qoruyan şəxslərin maaşını necə verirsiniz" sualına isə "Qəyyumluq sistemi var. Allahın lütfü üçün edirlər, mən Allahın lütfü üçün yaşamayan bir insanla yaşaya bilmərəm. 65 yaşındayam. Tək bir malım, mülküm, yığılmış pulum yoxdur".