Adi öskürəklə həkimə getdi, əlayağını kəsdilər


Digərləri 19 Sen 2019 19:56:00 253 0

Adi öskürəklə həkimə getdi, əlayağını kəsdilər

Tibb bacısı olan 43 yaşlı qadın 1 ay ağır öskürəkdən əziyyət çəkir və nəhayət, xəstəxanaya gedir. Həkimlər ona pnevmoniya və sepsis diaqnozu qoyur. 

Artıq çox gecikdiyindən müalicələr effekt vermədi və qadının daxili orqanları hissə-hissə sıradan çıxmağa başlayırdı.

Son.az medicina.az-a istinadən bildirir ki, Britaniyanın Cənubi Uels sakini sepsisdən 9 həftəlik komaya düşür. Bu ərəfədə onun təzyiqi o qədər aşağı düşür ki, qol və ayaqlarına qan işləmir. Həkimlər məcbur qalıb əl-ayaqlarını amputasiya edirlər.

Komadan çıxdıqdan sonra əl-ayağının kəsildiyini görən qadın bir müddət ağır depressiyaya düşür.

"Mən elə bilirdim ki, bu adi öskürəkdir, ona görə səs-küy salmadım, bilsəydim, başıma bunlar gələcək, tez həkimə gedərdim".