Ağır qəzada yaralanan “Azərişıq”ın işçiləri Bakıya göndərildilər


Digərləri 19 Sen 2019 19:38:00 215 0

Ağır qəzada yaralanan “Azərişıq”ın işçiləri Bakıya göndərildilər

Qubada yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alan “Azərişıq”ın işçiləri Bakıya göndəriliblər.

Bakı. Ceyhun Ələkbərov - Qubada yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alan “Azərişıq”ın işçiləri Bakıya göndəriliblər. Trend-in məlumatına görə, ötən gün baş verən qəzada xəsarət alan 1992-ci il təvəllüdlü Abdullayev Saleh Abuzər oğlu və 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğlu müalicələrini Bakıda davam etdirəcəklər. Paytaxta göndərilən İ.Rəsulov "Baku City Hospital"a, S.Abdullayev isə Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına yerləşdiriliblər.