Lukaşenkodan oğulları ilə bağlı xəbərə münasibət


Dünya 19 Sen 2019 18:31:00 189 0

Lukaşenkodan oğulları ilə bağlı xəbərə münasibət

Belarus Prezidenti Aleksandr Lukaşenko uşaqlarının respublika rəhbərliyinə gətirilməsi üçün hazırlıqların başladığı yönündə yayılmış məlumatlara münasibət bildirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısı hökumət üzvləri ilə 2020-ci il üçün makroiqtisadi proqnoza dair keçirdiyi iclasda məlumatların əsassız olduğunu bildirib.

"İnternetdə belə yazırlar: "Lukaşenko hakimiyyəti köçürür. Bəs hakimiyyətdə kim olacaq?..", "Uşaqları sıralamağa başladılar" və s. 

İndi isə qulaq asın. Heç bir uşaq sıralaması yoxdur. Övladlarımın heç biri hakimiyyətə ötürülməyə hazırlaşmır", - Lukaşenko vurğulayıb.

Qeyd edək ki, A. Lukaşenkonun 3 oğlu var: Viktor, Dmitri və Nikolay. 

Viktor  hazırda Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi və Belarus Təhlükəsizlik Şurasının üzvüdür.