“Art Tower” rəsm qalereyasında isveçli rəssam Simon Arnsın fərdi sərgisinin açılışı olacaq


Kriminal 19 Sen 2019 18:35:00 235 0

“Art Tower” rəsm qalereyasında isveçli rəssam Simon Arnsın fərdi sərgisinin açılışı olacaq

Sentyabrın 25-də saat 19.00-da İçərişəhərdəki "Art Tower" rəsm qalereyasında isveçli rəssam Simon Arnsın fərdi sərgisinin açılışı olacaq.

Sərgi "Arts Council Azerbaijan" təşkilatının təşəbbüsü, İsveçin Azərbaycandakı Səfirliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə reallaşacaq. Sərgi çərçivəsində, həm də azərbaycanlı rəssamları ilə burgə "vorkşop" təşkil ediləcək. "Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə əsas məqsədi ölkələrimiz arasında mədəni əlagələri möhkənlindirmək və inkişaf etdirməkdir. İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az, Azernews.az