Taleh Şahsuvarlı Azərbaycan kəşfiyyatının rəhbərlərinə səsləndi


Digərləri 19 Sen 2019 18:01:22 226 0

Taleh Şahsuvarlı Azərbaycan kəşfiyyatının rəhbərlərinə səsləndi

Baş redaktordan DTX rəisi Əli Nağıyevə və XKX-nın rəhbəri Orxan Sultanova yeni müraciət

Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev cənablarına!

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov cənablarına!

Son iki gündə artıq ikinci dəfədir ki, jurnalist araşdırması ilə əldə etdiyim olduqca ciddi faktlarla bağlı dövlət qurumlarına müraciət edir, dəyərli vaxtınızı alıram. Ancaq buna məcburam, ona görə ki, söhbət bir Azərbaycan vətəndaşı olaraq bütün varlığımla sevdiyim, Müdafiə Nazirliyinin hazırda ehtiyyatda olan zabiti kimi uğrunda canımdan keçməyə and içdiyim vətənimin müqəddəratından gedir.

Ümid edirəm ki, dünən kütləvi informasiya vasitələrində yayılmış, Azərbaycan Respublikasının Baş prokuroruna, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsinə, Ədliyyə nazirinə ünvanladığım müraciətlə tanışsınız. Bu müraciət cəmiyyətdə böyük rezonans doğurub və orada səsləndirdiyim faktlar böyük ictimai diqqət cəlb edib. Bir daha qeyd etmək istəyirəm ki, həmin müraciətdə mən əvvəllər ölkəmizdə vəkillik fəaliyyəti ilə məşğul olmuş, lakin yol verdiyi nöqsanlara görə AR Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmiş Aslan İsmayılovun və onun oğlu Ziyəddin İsmayılovun xaricdəki erməni diasporunun fəal nümayəndəsi Kristina Puşau ilə əlaqələrindən danışmış, səlahiyyətli şəxslərin həmin əlaqələrin müvafiq dövlət qurumları tərəfindən araşdırılması üçün göstəriş verilməsini xahiş etmişdim.

Bu gün Aslan İsmayılov öz Feysbuk səhifəsində çox uzun, qərəzli, erməni diaspor təşkilatları ilə işbirliyini ört-basdır etmək üçün ictimai diqqəti yayındırmağa xidmət edən məkrli bir status paylaşıb və orada yazıb:

"Tirajlanan yazılarda adı hallanan Kristina Puşaunun ermənilərlə əməkdaşlığı həqiqəti əks etdirmir və ancaq şər-böhtan xarakteri daşıyır."

Çox hörmətli Əli müəllim! Çox hörmətli Orxan müəllim!

Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, Kristina Puşua adlı ABŞ vətəndaşı həmin ölkənin Los-Anceles şəhərində yerləşən Cənubi Kaliforniya Universitetində (CKU) bakalavr təhsili alıb və 2012-ci ildə sözügedən ali məktəbdən məzun olub. CKU-da təhsil aldığı müddətdə Kristina Puşau universitetdə fəaliyyət göstərən Erməni Tələbələr Assosasiyasının (ETA) lideri olub, ABŞ-dakı və bütün dünyadakı erməni diasporunun əsas beyin mərkəzi olan "Erməni Araşdırmaları İnstitutu" ilə yaxından əməkdaşlıq edib. CKU ETA-nın "Facebook" səhifəsi mövcuddur. Həmin səhifədə qurumun Azərbaycan və Türkiyə əleyhinə təşkil etdiyi aksiyalar, o cümlədən Kristina Puşaunun həmin qurumun üzvü kimi müxtəlif tədbirlərdə iştirakını təsdiq edən çox sayda foto var. Kristina Puşaunun CKU ETA sədri olması barədə onun bioqrafik məlumatlarında əks olunan qeydin və yuxarıda bəhs etdiyim "Facebook" səhifəsinin linkləri budur: