Sumqayıtda dəhşət: sığorta şirkətinin əməkdaşları qəzaya düşdülər


Digərləri 19 Sen 2019 18:19:03 233 0

Sumqayıtda dəhşət: sığorta şirkətinin əməkdaşları qəzaya düşdülər

"Atəşgah" Sığorta Şirkəti Sumqayıtda baş vermiş avtomobil qəzası ilə bağlı məlumat yayıb.

Son.az bildirir ki, şirkətdən oxu.az-a bildirilib ki, şirkətin iki nəfər əməkdaşının olduğu "Hyundai-İX35" markalı xidməti avtomobil "Mercedes" markalı avtomobil ilə toqquşub.

Sumqayıt yolunda baş verən qəza nəticəsində əməkdaşlardan biri həlak olub, digəri isə xəstəxanaya yerləşdirilib.