“Cavan qız uşağı diskotekada nə işin var idi?”


Şou-biznes 19 Sen 2019 17:41:00 265 0

“Cavan qız uşağı diskotekada nə işin var idi?”

Ötən "5/5" proqramında müğənni Mətanət Əsədovanın evindən canlı yayım edilib.

Son.az axşam.az-a istinadən bildirir ki, aparıcı Zaur Kamal evin 350 min manat qiymətinin olduğunu deyib.

O, bu yaxınlarda baxıcının evindən yayılan görüntüləri barədə sual ünvanlayıb. Mətanət görüntülərinə belə aydınlıq gətirib:

"Allahdan gizlin pis işlərlə məşğul olan insanlar gedir özlərini camaata imam sifətində göstərirlər. O, bizim nəslimizin qanında yoxdur. Mən ora türkə-çarə üçün getmişdim. Sağalandan sonra təşəkkür üçün getdim. Dedi ki, heç nə lazım deyil, mənim üçün oxu. Bunu şişirtməyin nə adı var?"