"Bir zənglə istənilən ölkəyə girə bilərik..."


Dünya 19 Sen 2019 17:45:00 181 0

"Bir zənglə istənilən ölkəyə girə bilərik..."

Bir zənglə istənilən ölkəyə girə bilərik. Bunun bu gün olması şərt deyil. Sabah və ya iki həftə sonra da ola bilər.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp İrana hər hansı müdaxilə ilə bağlı suala cavab verərkən deyib.

ABŞ Prezidenti əlavə edib ki, müdaxilə etmək istənilən halda asandır.

Keçən həftə milli təhlükəsizlik müşaviri vəzifəsindən azad olunan Con Bolton ilə bir çox mövzuda fikir ayrılıqlarının olduğunu vurğulayan Tramp bir vacib məqamı da etiraf edib: "Bolton kimi insanlar İraqa girmək istədi və işlər yolunda getmədi. Bataqlığa düşdülər, Orta Şərqdə polis olduq. Bu, qorxunc idi".