Dünya bu türkiyəli qadından danışır


Digərləri 19 Sen 2019 17:50:00 224 0

Dünya bu türkiyəli qadından danışır

Almaniya, Avstriya və İsveçrədə tibb sahəsində uğurlu işlər həyata keçirən həkimlərə və tibbi qurumlara verilən "German Medical Award" (Alman Tibb Mükafatı) bu il türkiyəli həkimə verilib.

Son.az xəbər verir ki, mükafatın sahibi Avropada süni ürək nəqli edən ilk qadın cərrah Dilək Gürsoy olub.

"DW Türkçe"yə müsahibə verən Gürsoy bildirib ki, mükafat imza atdığı əvvəlki işlərə görə verilib, amma ona gəlcəkdə görəcəyi işlər üçün motivasiya qaynağı olub.

Dilək Gürsoy 1960-cı illərdə Almaniyaya köç edən işçi ailəsində dünyaya gəlib. 10 yaşında ikən atasını ürək çatışmazlığından itirib. İllər sonra atasını əlindən alan bu xəstəliklə mübarizə aparmaq üçün ürək cərrahı olub. Düsseldorf Tibb Universitetini bitirdikdən sonra cərrahlığa başlayan Gürsoy ən böyük çətinliyinin insanların orqanlarının bağışlamaması olduğunu deyib. Buna görə də süni ürək nəqli məsələsində irəliləyiş əldə etmək üçün çalışıb.

(adsgarden = window.adsgarden || []).push({});