Goranboyda “BMW” aşdı, ölən və yaralanan var


Digərləri 19 Sen 2019 17:43:00 261 0

Goranboyda “BMW” aşdı, ölən və yaralanan var

Goranboy rayonunun Balakürd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Goranboy rayonunun Balakürd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumatına görə, sentyabrın 18-də saat 18 radələrində Goranboy rayonunun Balakürd kəndi ərazisində Tərtər rayon sakini T.Allahverdiyev idarə etdiyi “BMW” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin - Abşeron rayon sakini Günel Manafova hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. Goranboy RPŞ tərəfindən araşdırma aparılır.