Bu il azərbaycanlılar Türkiyədə 700dən çox daşınmaz əmlak alıblar


Digərləri 19 Sen 2019 16:41:00 216 0

Bu il azərbaycanlılar Türkiyədə 700dən çox daşınmaz əmlak alıblar

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 711 daşınmaz əmlak əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 128 obyekt çoxdur.

Son.az xəbər verir ki, Trend bu barədə Türkiyənin Torpaq kadastrı və alqı-satqı məsələləri üzrə dövlət təşkilatına istinadən məlumat verir.

Statistikaya əsasən, Azərbaycan vətəndaşları Türkiyədə bu ilin yanvarında 95, fevralda 105, martda 87, apreldə 87, mayda 90, iyunda 67, iyulda 92, avqust 88 daşınmaz obyekt əldə edib.

Bu ilin avqustunda Türkiyədə 110,5 min daşınmaz əmlak satılıb ki, bu da 2018-ci ilin avqustu ilə müqayisədə 5,1 faiz çoxdur.