Nazir: OPEK+ ölkələrinin təcili iclasını çağırmağa ehtiyac yoxdur


Digərləri 19 Sen 2019 16:58:00 275 0

Nazir: OPEK+ ölkələrinin təcili iclasını çağırmağa ehtiyac yoxdur

Səudiyyə Ərəbistanında baş vermiş son hadisələrlə əlaqədar OPEK+ təşkilatının təcili iclasını çağırmağa ehtiyac yoxdur

Bakı. Kəmalə Məmmədli - Səudiyyə Ərəbistanında baş vermiş son hadisələrlə əlaqədar OPEK+ təşkilatının təcili iclasını çağırmağa ehtiyac yoxdur. Trend-in məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilmiş mətbuat konfransında deyib. Nazir bildirib ki, neft bazarlarındakı hazırkı vəziyyət OPEK baş katibi Məhəmməd Barkindo ilə telefon danışığı zamanı müzakirə olunub: “Əgər ilk günlərdə təcili iclas məsələsi gündəmə gəlmişdisə, hazırda buna ehtiyac yoxdur”.