Əli Əhmədov: “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir


Digərləri 19 Sen 2019 16:43:00 78 0

Əli Əhmədov: “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir

“Əsrin müqaviləsi” adını almış məşhur neft sazişinin imzalanmasından 25 il ötür.

Bakı. Elçin Mehdiyev - Heydər Əliyev dühasının, iradəsinin və müdrikliyinin məhsulu olan, “Əsrin müqaviləsi” adını almış məşhur neft sazişinin imzalanmasından 25 il ötür. Dünyada neftin və qazın hasil və nəql edilməsi ilə bağlı çox müqavilələr imzalansa da, “Əsrin müqaviləsi” adını daşıyan saziş Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədardır. Azərbaycanın dövlət müstəqilliyinin o zaman üçün məlum olan risklərdən qorunması, beynəlxalq aləmdə tanınması və gələcək inkişafının əsaslarının qoyulması “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində mümkün oldu. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib. Ə.Əhmədovun sözlərinə görə, kasıb, müharibə vəziyyətində olan, xarici təhlükələri hələ tam neytrallaşdıra bilməmiş bir ölkədə on milyardlarla dollar həcmində sərmayənin qoyulmasını nəzərdə tutan layihənin həyata keçirilməsi səhmdarlardan ötrü böyük risk idi: "Lakin onlar Heydər Əliyevin şəxsiyyətinə və qüdrətinə inandıqlarına görə bu riskə getdilər. Bu, Heydər Əliyevin uzaqgörənliyinin, zəkasının və dövlət adamı kimi qətiyyətinin təntənəsi idi. Tam mübaliğəsiz deyirəm ki, Azərbaycanın ötən əsrin 90-cı illərinin daxili və xarici risklər baxımından məlum reallıqları şəraitində “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaq nəinki müdriklik və dahilik, həm də böyük qəhrəmanlıq nümunəsi idi. Heydər Əliyev mürəkkəb geopolitik “savaşdan” milli qəhrəman kimi çıxdı. Artıq 25 ildir ki, “Əsrin müqaviləsi” Azərbaycana xidmət göstərir. Onun sayəsində ölkəmizin dövlət xəzinəsinə milyardlarla vəsait daxil olub. Həmin pullar hesabına Bakının, şəhər və kəndlərimizin siması tanınmaz dərəcədə dəyişdi, yollar salındı, məcburi köçkün əhali üçün gözəl, müasir şəhərciklər inşa edildi, məktəblər, xəstəxanalar tikildi, ordumuz gücləndi və qüdrəti artdı, həyatımız və taleyimiz bütünlüklə dəyişdi. İndi Azərbaycanda yaşamaq xoş, cəlbedici və qürurvericidir. Onu da qeyd etmək istəyirəm ki, “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir. Ondan sonra neçə-neçə yeni sazişlər imzalanıb və ölkəmizin gələcəyini daha firəvan, daha çiçəklənən edəcəkdir". Baş nazirin müavini vurğulayıb ki, Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, onun gələcəyinin təməlini yaratdı. "Bu gün hər bir azərbaycanlı misilsiz xidmətlərinə görə Ona dərin minnətdarlıq hisslərini ifadə edir, Heydər Əliyev siyasətinə sədaqətini bildirir və Prezident İlham Əliyevin ətrafında sıx birləşir. Bu günümüz gözəldir, gələcəyimiz isə daha gözəl olacaq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Bu il azərbaycanlılar Türkiyədə 700dən çox daşınmaz əmlak alıblar like
  • 19 Sen 16:41  
Digərləri Bu il azərbaycanlılar Türkiyədə 700dən çox daşınmaz əmlak alıblar

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə

arrow Ətraflı
"ABŞa qarşı sərt addımlar atılacaq" like
  • 19 Sen 16:40  
Dünya "ABŞa qarşı sərt addımlar atılacaq"

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyası ABŞ

arrow Ətraflı
"Strateji inkişaf yolunun başlanğıcı  “Əsrin müqaviləsi"" like
  • 19 Sen 16:36  
Siyasət "Strateji inkişaf yolunun başlanğıcı “Əsrin müqaviləsi""

Ötən əsrdə beynəlxalq münasibətlər sistemində baş verən mühüm dəyi

arrow Ətraflı
Bu il azərbaycanlılar Türkiyədə 700-dən çox daşınmaz əmlak alıb like
  • 19 Sen 16:35  
Digərləri Bu il azərbaycanlılar Türkiyədə 700-dən çox daşınmaz əmlak alıb

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə

arrow Ətraflı
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirirlər like
  • 19 Sen 16:34  
Digərləri Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirirlər

Ermənistanda həlak olmuş hərbçilərin anaları və həyat yoldaşları hök

arrow Ətraflı
Futbolçu avtomobilində güllələnərək öldürüldü like
  • 19 Sen 16:32  
Dünya Futbolçu avtomobilində güllələnərək öldürüldü

Hollandiyalı futbolçu Kelvin Maynard qətlə yetirilib.

arrow Ətraflı
Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı like
  • 19 Sen 16:31  
Kriminal Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı

Sentyabrın 18-dən 19-dək daxili işlər orqanlarında qeydə alınmış cinay

arrow Ətraflı
Azərbaycan gimnastları öz çıxışları barədə: Biz bir-birimizi dəstəkləyirdik (FOTO) like
  • 19 Sen 16:26  
Digərləri Azərbaycan gimnastları öz çıxışları barədə: Biz bir-birimizi dəstəkləyirdik (FOTO)

Azərbaycan gimnastları Zöhrə Ağamirova, Veronika Qudis və Yelizaveta Luzan

arrow Ətraflı
Nasirəddin şah Qacarın “bığlı arvadları”, əslində, kimlər idi? like
  • 19 Sen 16:26  
Digərləri Nasirəddin şah Qacarın “bığlı arvadları”, əslində, kimlər idi?

Bir neçə ildir ki, internetdə və sosial şəbəkələrdə "İran şahı

arrow Ətraflı
Belçika qırıcısı Fransada qəzaya uğradı like
  • 19 Sen 16:23  
Dünya Belçika qırıcısı Fransada qəzaya uğradı

Fransanın Loryan şəhərində Belçika Hərbi-Hava Qüvvələrinə məxsus F-1

arrow Ətraflı
Arvadını öldürən Qurbanova 18 il həbs verildi like
  • 19 Sen 16:22  
Kriminal Arvadını öldürən Qurbanova 18 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızl

arrow Ətraflı
Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib like
  • 19 Sen 16:20  
Siyasət Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Sədri Li Can

arrow Ətraflı
Qobustana gələn turistlərin sayı artıb like
  • 19 Sen 16:19  
Digərləri Qobustana gələn turistlərin sayı artıb

Qobustana gələn turistlərin sayı ilbəil artmaqdadır.

arrow Ətraflı
Türkiyədə 6 PKKçı polisə təslim oldu like
  • 19 Sen 16:17  
Digərləri Türkiyədə 6 PKKçı polisə təslim oldu

PKK terror təşkilatının 6 üzvü İraqın şimalındakı düşərgələrind

arrow Ətraflı