Nasirəddin şah Qacarın “bığlı arvadları”, əslində, kimlər idi?


Digərləri 19 Sen 2019 16:26:00 260 0

Nasirəddin şah Qacarın “bığlı arvadları”, əslində, kimlər idi?

Bir neçə ildir ki, internetdə və sosial şəbəkələrdə "İran şahının hərəmləri" başlıqlı fotolar və məqalələr paylaşılır.

Fotolara və məqaləyə əsasən, guya İran şahı Nasirəddin şah Qacarın zövqü belə olub və ümumiyyətlə, Şərqdə gözəllik məfhumu, sarayda hərəmlər, əsasən, belə qadınlarla dolu imiş.

Amma az-maz tarix oxuyan, xüsusən Qacarlar dövrünü araşdıranlar bilir ki, İran öz gözəl qızları ilə Şərqdə və dünyada məşhur olub. Ağa Məhəmməd Şah Qacarın anası o qədər gözəl olub ki, İrana səfər edən fransız səyyah bu qadını Şərqin ən gözəl qadını adlandırmışdı.