Azərbaycan gimnastları öz çıxışları barədə: Biz bir-birimizi dəstəkləyirdik (FOTO)


Digərləri 19 Sen 2019 16:26:58 209 0

Azərbaycan gimnastları öz çıxışları barədə: Biz bir-birimizi dəstəkləyirdik (FOTO)

Azərbaycan gimnastları Zöhrə Ağamirova, Veronika Qudis və Yelizaveta Luzan bədii gimnastika üzrə dünya çempionatında fərdi proqramda gürzlərlə çıxışlarını təqdim ediblər

Bakı. Cani Babayeva - Azərbaycan gimnastları Zöhrə Ağamirova, Veronika Qudis və Yelizaveta Luzan bədii gimnastika üzrə dünya çempionatında fərdi proqramda gürzlərlə çıxışlarını təqdim ediblər. Çıxışdan sonra gimnastlar Trend-ə müsahibə veriblər. V.Qudis bugünkü çıxışın dünənkindən pis olduğunu deyib: “Əhval-ruhiyyə yaxşı idi, zədə də xoşbəxtlikdən olmadı. Amma çıxış alınmadı. Bu, hər bir gimnastda olur. Dünya çempionatında çıxışdan sonra başa düşdüm ki, proqramı cəsarətlə yerinə yetirmək lazımdır”. Dünya çempionatında ilk dəfə çıxış edən Y.Luzan həyəcanın öhdəsindən gələ bilməsi üçün tamaşaçıların dəstəyini vurğulayıb: “Tamaşaçılar yarışa köklənməyə kömək edir. Bu gün həyəcanlanırdım və kiçik səhvlərə yol verdim. Bu gün Azərbaycanı təmsil etdiyimiə görə xalçaya qürur hissi ilə çıxdım”. Komandanın lideri Zöhrə Ağamirova hesab edir ki, bu gün əvvəlki günlərə nisbətən daha uğurlu çıxış edib: