Qobustana gələn turistlərin sayı artıb


Digərləri 19 Sen 2019 16:19:16 221 0

Qobustana gələn turistlərin sayı artıb

Qobustana gələn turistlərin sayı ilbəil artmaqdadır.

Son.az bildirir ki, bunu Trend-ə Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib. Onun sözlərinə görə, qoruğa ən çox Asiya ölkələrindən gələn turistlər üz tuturlar:

"Ötən ilin statistikasına baxsaq, görərik ki, Qobustan 123 min turist qəbul edib, bu il isə bu say xeyli artıb. Belə ki, ilin sonuna 4 ay qalıb, amma turist sayı artıq 110 mini keçib. Bu tendensiya onu göstərir ki, 2019-cu il geridə qalan ilə nisbətən turist sayına görə daha uğurlu olub".

V.İsayev bildirib ki, ziyarətçilərin sayını artırmaq üçün qoruqda daim müxtəlif tədbirlər təşkil olunur: "Davamlı şəkildə Qobustanın təbliğatı aparılır. Belə tanıtım yönümlü tədbirlərdən biri də bu ilin oktyabrın 9-da YUNESKO-nun təsis etdiyi qayaüstü təsvirlər günündə baş tutacaq. Belə ki, Portuqaliyanın Foskua qoruğunda Qobustanın sərgisi təşkil olunacaq".