Dünya çempionatında daha 4 güləşçimizin rəqibi müəyyənləşdi


Digərləri 19 Sen 2019 16:03:00 265 0

Dünya çempionatında daha 4 güləşçimizin rəqibi müəyyənləşdi

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Bakı. Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. Trend-in məlumatına görə, yeddinci yarış günündə sərbəst güləş üzrə 70, 74, 92 və 125 kq-da mübarizəyə sart veriləcək. Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib. 70 kq çəki dərəcəsində təsnifat mərhələsində Ağahüseyn Musafayev Türkiyə təmsilçisi Heydər Yavuzla, 74 kq-da Hacımurad Hacıyev hindistanlı Kumar Suşil ilə, 92 kq çəki dərəcəsində, 1/8 finalda Şamil Zubairov türkiyəli Süleyman Qaradənizlə, 125 kq-da Cəmaləddin Məhəmmədov Belarus təmsilçisi Vitali Piaşniak ilə qarşılaşacaq.