Nazir: "Azərbaycanın hədəfi stabil neft hasilatını saxlamaqdır"


Digərləri 19 Sen 2019 15:46:00 256 0

Nazir: "Azərbaycanın hədəfi stabil neft hasilatını saxlamaqdır"

Proqnozlara əsasən, 2021-ci ilədək Azərbaycanda neft istehsalı ildə təxminən 39 milyon ton təşkil edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu energetika naziri Pərviz Şahbazov Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il üçün proqnoz 38,7 milyon tondur, 2020-ci ildə bu göstərici qismən artacaq:

"2020-2021-ci illərdə neft hasilatı stabil, 39 milyon ton ətrafında olacaq".