Nazir: Azərbaycanın hədəfi stabil neft hasilatını saxlamaqdır


Digərləri 19 Sen 2019 15:36:00 201 0

Nazir: Azərbaycanın hədəfi stabil neft hasilatını saxlamaqdır

Proqnozlara əsasən, 2021-ci ilədək Azərbaycanda neft istehsalı ildə təxminən 39 milyon ton təşkil edəcək.

Bakı. Kəmalə Məmmədli - Proqnozlara əsasən, 2021-ci ilədək Azərbaycanda neft istehsalı ildə təxminən 39 milyon ton təşkil edəcək. Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilmiş mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu il üçün proqnoz 38,7 milyon tondur, 2020-ci ildə bu göstərici qismən artacaq: “2020-2021-ci illərdə neft hasilatı stabil, 39 milyon ton ətrafında olacaq”.