Millimiz "Bakı 2019"un fərdi çoxnövçülük üzrə komanda hesabında altıncı pilləyə yüksəldi


İdman 19 Sen 2019 15:14:00 263 0

Millimiz "Bakı 2019"un fərdi çoxnövçülük üzrə komanda hesabında altıncı pilləyə yüksəldi

Azərbaycan millisi Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi çoxnövçülük üzrə komanda hesabında altıncı pilləyə yüksəlib.

Goal.az xəbər verir ki, millimizin hesabında 147,050 xal var.

Komanda hesabına 167,000 xalla İtaliya millisi başçılıq edir.

Rusiya komandası 164,800 xalla ikinci, ABŞ isə 163,150 xalla üçüncü pillədə qərarlaşıb.

Fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.