AQTA İsmayıllıda baş verən hadisə ilə bağlı işçi qrupu yaradıb


Digərləri 19 Sen 2019 14:51:00 178 0

AQTA İsmayıllıda baş verən hadisə ilə bağlı işçi qrupu yaradıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İsmayıllı rayonunda baş verən zəhərlənmə ehtimalı ilə bağlı işçi qrupu yaradılıb.

Bakı. Samir Əli - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İsmayıllı rayonunda baş verən zəhərlənmə ehtimalı ilə bağlı işçi qrupu yaradılıb. Agentlikdən Trend-ə bildirilib ki, 7 nəfərin qida zəhərlənməsi ehtimalı ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında AQTA-nın mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Xatırladaq ki, bu gün İsmayıllının Təzəkənd kənd sakinləri - 1991-ci il təvəllüdlü Aytac Rəcəbova, 1974-cü il təvəllüdlü Natavan Nəcəfova, 1971-ci il təvəllüdlü Yeganə Məmmədova, 1977-ci il təvəllüdlü Bəxtirə Mayılova, Kürdmaşı kənd sakinləri - 1987-ci il təvəllüdlü Amil Quliyev, 1987-ci il təvəllüdlü Əlibaba Quliyev, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Cavad Allahverdiyevin qəflətən halı pisləşib və onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həmin şəxslərin guya İsmayıllıda keçirilən "Kartof festivalı"nda dönərdən zəhərlənmələri barədə məlumat yaylıb.