Səhiyyə Nazirliyi İsmayıllıda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yaydı


Digərləri 19 Sen 2019 14:25:00 281 0

Səhiyyə Nazirliyi İsmayıllıda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yaydı

İsmayıllıda keçirilən "Kartof festivalı"nda 7 nəfər zəhərlənib.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edib:

"Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib".