Hüseyn Abdullayevə 8 il cəza istənildi - Etiraz etdiyinə görə məhkəmə zalından çıxarıldı


Digərləri 19 Sen 2019 14:11:00 182 0

Hüseyn Abdullayevə 8 il cəza istənildi - Etiraz etdiyinə görə məhkəmə zalından çıxarıldı

Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bakı. Samir Əli - Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Trend-in məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə prokuror Hüseyn Abdullayevin 8 il, Namiq Babayevin 8 il, İntiqam Süleymanovun 6 il, Nazim Əliyevin 6 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror keçmiş Dövlət Sərhəd Xidməti əməkdaşlarına 4 il sınaq müddəti olmaqla şərti cəza istəyib. Dövlət ittihamçısı, həmçinin H.Abdullayevin anası Zeynəb Abdullayevanın 5 min manat cərimələnməsini istəyib. Prokurorun çıxışı zamanı Hüseyn Abdullayev ittihamın yalan, qondarma olduğunu bildirib. Hakim Hüseyn Abdullayevi prokurorun çıxışına etiraz bildirdiyinə görə zaldan çıxarıb. Bu zaman onun anasının ürəyi gedib. Məhkəməyə təcili yardım çağırılıb. Dövlət ittihamçısı, həmçinin iş üzrə Vergilər Nazirliyinin qaldırdığı mülki iddianın təmin olunmasını da istəyib. Təqsirləndirilən şəxslərin müdafiəçiləri çıxış üçün vaxt istəyiblər.