İran parlamenti ABŞ-a qarşı sanksiyaları düşünür


Digərləri 19 Sen 2019 14:17:02 204 0

İran parlamenti ABŞ-a qarşı sanksiyaları düşünür

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyası ABŞ əleyhinə bir sıra layihələri araşdırır.

Bakı. Elnur Bağışov - İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyası ABŞ əleyhinə bir sıra layihələri araşdırır. Trend-in məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Hüseyn Nəqəvi Hüseyni deyib. H.Nəqəvi Hüseyninin sözlərinə görə, bu layihələr 22-23 sentyabrda komissiyada araşdırılacaq. Sözçü əlavə edib ki, layihələrdən biri ABŞ-ın bəzi rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsi ilə əlaqədardır. Komissiya sözçüsü sanksiyalarla ABŞ-a qarşı sərt addımların atılacağını deyib.