İranda yenə zəlzələ oldu


Dünya 19 Sen 2019 14:10:00 232 0

İranda yenə zəlzələ oldu

İranın cənub-şərqində, Kirman vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi xəbər yayıb.

Məlumatda bildirilir ki, zəlzələ Qolbaf rayonunun 3 kilometrliyində, 10 km dərinlikdə qeydə alınıb.

Zəlzələ yerli vaxtla saat 11:54-də baş verib.

Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.