Səhiyyə Nazirliyi İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı: Yardım göstərilir


Digərləri 19 Sen 2019 14:04:00 215 0

Səhiyyə Nazirliyi İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı: Yardım göstərilir

İsmayıllıda keçirilən "Kartof festivalı"nda 7 nəfər zəhərlənib.

Bakı. İlhamə İsabalayeva - İsmayıllıda keçirilən "Kartof festivalı"nda 7 nəfər zəhərlənib. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edib: "Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib".