Müharibə zonalarından vətənə qaytarılan azərbaycanlı uşaqların normal vətəndaş kimi formalaşması sual altındadır - Komitə rəsmisi


Digərləri 19 Sen 2019 14:07:00 194 0

Müharibə zonalarından vətənə qaytarılan azərbaycanlı uşaqların normal vətəndaş kimi formalaşması sual altındadır - Komitə rəsmisi

Müharibə zonalarından vətənə qaytarılan azərbaycanlı uşaqların normal vətəndaş kimi formalaşması çox böyük sual altındadır.

Bakı. Elçin Mehdiyev – Müharibə zonalarından vətənə qaytarılan azərbaycanlı uşaqların normal vətəndaş kimi formalaşması çox böyük sual altındadır. Trend-in məlunatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova "Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O qeyd edib ki, bəzi ailələr uşaqlara təhsil vermək əvəzinə şirnikləndirici vədlərə aldanaraq müharibə bölgələrinə üz tuturlar: