Bakıda qətl törədən 22 yaşlı keçmiş məhkumun məhkəməsi başladı


Digərləri 19 Sen 2019 13:59:37 179 0

Bakıda qətl törədən 22 yaşlı keçmiş məhkumun məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kamil Səttarlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kamil Səttarlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Bidirilirb ki, K.Səttarlı əvvəllər də məhkum olunub. Məhkəmənin baxış iclası sentyabrın 24-ə təyin edilib. İttihama görə, bu ilin martın 1-də Yasamal rayonu, Xiyabani küçəsində 1997-ci il təvəllüdlü Kamil Səttarlı şəxsi münasibətlər zəminində tanışı, 1993-cü il təvəllüdlü Emin Babaverdiyevi üç bıçaq zərbəsi ilə qətlə yetirib.