İmişlidə özlərini çaya atmaq istəyən qadın və oğlu xilas edildilər


Digərləri 19 Sen 2019 13:47:00 246 0

İmişlidə özlərini çaya atmaq istəyən qadın və oğlu xilas edildilər

Sentyabrın 18-də saat 11 radələrində Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində rayon sakini olan qadın oğlu ilə özlərini çaya atmağa cəhd göstəriblər.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, həmin ərazidə xidmət aparan İmişli Rayon Mühafizə Bölməsinin əməkdaşları tərəfindən bunun qarşısı alınıb.

Onlar İmişli RPŞ-yə təhvil veriliblər.

Araşdırma aparılır.