Bədii gimnastika üzrə 37-ci dünya çempionatında yarış həyəcanı (FOTO)


Digərləri 19 Sen 2019 13:16:00 176 0

Bədii gimnastika üzrə 37-ci dünya çempionatında yarış həyəcanı (FOTO)

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir.

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir. Trend-in məlumatına görə, bu gün fərdi proqramda gürzlər və lentlə hərəkətlərdə təsnifat və final yarışları keçiriləcək. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar. 61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.