Keçmiş sevgilisini qısqandırmaq istəyən qadın həbs olundu FOTO


Dünya 19 Sen 2019 12:44:00 237 0

Keçmiş sevgilisini qısqandırmaq istəyən qadın həbs olundu  FOTO

Keçmiş sevgilisini qısqandırmaq istəyən qadın həbs olunub.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, 30 yaşlı qadın doğum şəhadətnaməsində uşağın atasının adını səhv yazdırdığına görə azadlıqdan məhrum edilib.

İngiltərədə yaşayan Louise Boyce keçmiş sevgilisini qısqandırmaq üçün ondan olan övladının doğum şəhadətnaməsində ata adı yerinə yeni sevgilisinin adını yazdırıb.

Hakim qarşısına çıxan Louise səhvini etiraf edib. O, məqsədinin keçmiş sevgilisini qısqandırmaq olduğunu söyləyib.