Napoli ilə oyunda penaltiyə səbəb olan Liverpool-un oyunçusu təhqirlərə dözmədi - FOTO


İdman 19 Sen 2019 12:33:00 342 0

Napoli ilə oyunda penaltiyə səbəb olan Liverpool-un oyunçusu təhqirlərə dözmədi - FOTO

Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilib.

Goal.az xəbər verir ki, Liverpool Napoli səfərində 0-2 hesabı ilə məğlub olub. "Qırmızılar"ın müdafiəçisi Endi Robertson sözügedən oyunda penaltiyə səbəb olub. Buna görə klubun azarkeşləri tərəfindən təhqir olunan futbolçu Twitter hesabını silib.Xatırladaq ki, Robertson Liverpool-un ÇL qazanmasında əsas oyunçulardan olub və ötən mövsüm 15-dən çox assistlə yadda qalıb.

Robertsonun bu davranışından sonra futbol ictimaiyyəti və Liverpool azarkeşləri "səhv oyunun bir parçasıdır" deyərək futbolçuya dəstəklərini nümayiş etdiriblər.

Image