Baş prokurorun müavini Qazax və Ağstafa rayon sakinlərinin qəbulunu keçirəcək


Digərləri 19 Sen 2019 12:21:00 210 0

Baş prokurorun müavini Qazax və Ağstafa rayon sakinlərinin qəbulunu keçirəcək

Baş prokurorun müavini Namiq Əsgərov Qazax rayon prokurorluğunun inzibati binasında Qazax və Ağstafa rayon sakinlərinin qəbulunu keçirəcək

Bakı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun müavini Namiq Əsgərov cari il sentyabrın 27-də saat 10:00-da Qazax rayon prokurorluğunun inzibati binasında Qazax və Ağstafa rayon sakinlərinin qəbulunu keçirəcək. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qazax rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.