Bəhruz Quliyev: "SƏS" İnformasiya Agentliyi 11 il ərzində ətrafında oxucu ordusu cəmləyib


Digərləri 19 Sen 2019 12:11:00 220 0

Bəhruz Quliyev: "SƏS" İnformasiya Agentliyi 11 il ərzində ətrafında oxucu ordusu cəmləyib

"SƏS" İnformasiya Agentliyi fəaliyyət göstərdiyi 11 il ərzində kifayət qədər nüfuz qazanıb, ətrafında oxucu ordusu cəmləyib.

Bakı. Samir Əli - "SƏS" İnformasiya Agentliyi fəaliyyət göstərdiyi 11 il ərzində kifayət qədər nüfuz qazanıb, ətrafında oxucu ordusu cəmləyib. Bunu Trend-ə açıqlamasında "SƏS" İnformasiya Agentliyinin (SİA) baş direktoru Bəhruz Quliyev deyib. Agentlik rəhbəri bildirib ki, SİA 1991-ci ildən fəaliyyət göstərən "SƏS" qəzetinin bazasında yaradılıb: "Daim dövlətə, dövlətçiliyə, azərbaycançılıq ideologiyasına xidmət etməyə çalışmışıq. Ulu öndər Heydər Əliyev həmişə "SƏS" qəzeti haqqında seçilən fikirlər səsləndirib, qəzetin fəaliyyətini yüksək qiymətləndirib. Ümummilli lider həmişə çıxışlarında "SƏS" qəzeti mənim ən çox sevdiyim qəzetdir, tarixi qəzetdir və missiyasını vaxtında yerinə yetirir", deyirdi. Biz də ona görə ulu öndərin etimadını doğrultmaq üçün modernləşməyə üstünlük verdik və qəzetin bazasında informasiya agentliyini yaratdıq".