Energetika bazarının liberallaşması ilə bağlı təkliflər hazırlanıb - Nazir müavini


Digərləri 19 Sen 2019 11:48:00 185 0

Energetika bazarının liberallaşması ilə bağlı təkliflər hazırlanıb - Nazir müavini

Azərbaycanda energetika bazarının liberallaşması ilə əlaqədar təkliflər hazırlanıb.

Bakı. Azərbaycanda energetika bazarının liberallaşması ilə əlaqədar təkliflər hazırlanıb. Trend-in məlumatına görə, bunu Energetika nazirinin müavini Elnur Soltanov sentyabrın 19-da keçirilən IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019” sərgisində deyib. Nazir müavini bildirib ki, bu təkliflər istehsal və təchizat sahələrində effektivliyin yaranmasına təsir göstərəcək: "Təchizat sahəsində rəqabətliliyin olması xidmət keyfiyyətinin artmasına gətirib çıxarır. İstehsalatda isə maya dəyərinin azalması və yanacağın daha az istifadəsi hesabına xərclərin minimallaşmasına səbəb olur”.